SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçiriləcək

Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçiriləcək
26-10-2021, 12:50

Sabahdan başlayaraq oktyabrın 29-na qədər Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbir İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə baş tutacaq.

Sammitdə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak edəcək. Sammit çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, startaplar üçün xüsusi proqram, mədəni və digər tədbirlər nəzərdə tutulur.

Tədbir çərçivəsində müxtəlif mövzularda (yaşıl sənaye, qida və kənd təsərrüfatı texnologiyası, maliyyə texnologiyaları, bərpa olunan enerji, aviasiya, logistika və s.) panel iclaslar, sərgi və digər tədbirlər təşkil olunacaq.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31