SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda stolüstü kompüterlərin istehsalı xeyli artıb

Azərbaycanda stolüstü kompüterlərin istehsalı xeyli artıb
23-10-2021, 12:44

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda əvvəlki ilin eyni dövrü ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 5,6 dəfə artıb.

Dövlət Statistika Komitəsindən mətbuata verilən məlumata görə, qeyd olunan dövr ərzində kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 156,8 milyon manatlıq məhsul istehsal olunub, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 53,9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı isə 13,6 faiz artıb.

Dövr ərzində əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 5,6 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 2,1 dəfə, mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazların istehsalı 75,2 faiz, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı isə 41,6 faiz artıb.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031