SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Equinor” Azərbaycanda külək enerjisindən geniş istifadədə maraqlıdır

“Equinor” Azərbaycanda külək enerjisindən geniş istifadədə maraqlıdır
22-10-2021, 19:14

Energetika naziri Pərviz Şahbazov “Equinor” şirkətinin Rusiya və Azərbaycan üzrə baş vitse-prezidenti, Rusiya üzrə rəhbər Tore Lozetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

NAXCİVANXEBERLERİ.COM-un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə şirkət tərəfindən Azərbaycanda həyata keçirilən layihələr və əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.

“Equinor” şirkətinin ölkəmizdə uzunmüddətli fəaliyyətindən bəhs edilib, Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi üzrə uğurlu əməkdaşlıq təqdir edilib.

Şirkətin enerji transformasiyası prosesində roluna və bərpa olunan enerji sahəsindəki fəaliyyətinə də toxunulub. Formalaşmış uğurlu əməkdaşlığın bərpa olunan enerji sahəsində, xüsusilə ölkəmizin dənizdə külək enerjisi potensialının reallaşdırılması istiqamətində genişləndirilməsinin mümkünlüyü qeyd edilib. Şirkətlə təcrübə və məlumat mübadiləsi sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi razılaşdırılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031