SON DƏQİQƏ

naxcivanxeberleri.com

TAP istifadəçiləri Yunanıstanda boru kəməri tutumuna sadələşdirilmiş giriş əldə edəcəklər

TAP istifadəçiləri Yunanıstanda boru kəməri tutumuna sadələşdirilmiş giriş əldə edəcəklər
13-10-2021, 17:09

Oktyabrın 12-dən noyabrın 11-dək Azərbaycana məxsus təbii qazı Avropaya Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə nəql edən TAP Konsorsiumu (TAP AG) TAP şəbəkələşmə kodunda (TAP Network Code) təklif edilən dəyişikliklərlə bağlı ictimai məsləhətləşmə aparacaq.

Bu barədə NAXCİVANXEBERLERİ.COM TAP AG konsorsiumuna istinadən xəbər verir.

Məlumata görə, təklif olunan düzəlişlərin əsaslandırıcı səbəbləri və onların həyata keçirilməsinin təxmini müddəti təkliflərdə əksini tapıb.

İctimai məsləhətləşmədə iştirak etmək istəyən maraqlı tərəflər şərhlərini son olaraq 12 noyabr 2021-ci il tarixinə qədər TAP-a [email protected] e-poçt ünvanına göndərə bilərlər.

“İlk TAP şəbəkə kodu 10 avqust 2020-ci ildə nəşr edilib. Bu, boru kəmərinin 2020-ci ilin sonunda başlayankommersiya əməliyyatları üçün zəmin yaradır. Ötən ilin təcrübəsinə əsaslanaraq, qeydiyyat prosesini və kredit resurslarının idarəedilməsini yaxşılaşdırmaq və optimallaşdırmaq üçün dəyişikliklər etmək istərdik. Bundan əlavə, bazar tələbatını nəzərə alaraq, ümid edirik ki, yükgöndərən şirkətlərə Yunanıstanda TAP-ın həcmlərinə virtual giriş imkanı yaradılacaq. Bu, virtual ticarət nöqtəsi və çıxış tutumu ilə birlikdə potensial kombinasiyalı şəkildə istifadə etməyə imkanı verəcək”, - deyə TAP-ın Kommersiya direktoru Maria Savova bildirib.

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20 %), BP (20 %), “Snam” (20 %), “Fluxys” (19 %), “Enagás” (16 %) və “Axpo” (5 %) şirkətləridir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031