SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan qeyri-neft ixracını 2,2 milyard dollaradək artırmağı planlaşdırır – Mikayıl Cabbarov

Azərbaycan qeyri-neft ixracını 2,2 milyard dollaradək artırmağı planlaşdırır – Mikayıl Cabbarov
23-09-2021, 12:39

Azərbaycan gələcəkdə qeyri-neft məhsulunun ixracını 2,2 milyard dollaradək artırmağı planlaşdırır.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycanda xarici biznes: işgüzar mühitin icmalı 2021" tədbirində deyib.

O bildirib ki, gələcəkdə ölkənin ümumi daxili məhsulunun dörd faiz artırılması planlaşdırılır:

"Eyni zamanda neft ixracı Azərbaycan iqtisadiyyatının əsas drayverlərindən biri olaraq bu il 37 faiz artıb. Biz həm də qeyri-neft ixracını 2,2 milyard dollaradək artırmağı planlaşdırırıq".

Nazirin sözlərinə görə, Azərbaycanda biznesin dəstəklənməsi, şəffaf subsidiyalaşdırma və kreditlərin ayrılması üçün bir sıra elektron və rəqəmsal platformalar yaradılır. O əlavə edib ki, bu ilin ilk altı ayı ərzində vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz artıb və bu göstərici proqnozları 23 faiz üstələyib.

M.Cabbarov bildirib ki, Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsi beynəlxalq əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradıb:

"Hazırda azad edilmiş ərazilərdə yüksək templərlə bərpa işləri, ağıllı şəhərlərin tikintisi aparılır".

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031