SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avropada qazın qiyməti 8 % artıb

Avropada qazın qiyməti 8 % artıb
20-09-2021, 13:21

Avropanın fyuçers bazarında qazın qiyməti % artıb.

NAXCİVANXEBERLERİ.COM xarici mətbuata istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın oktyabr fyuçerslərinin qiyməti 8 % artaraq 1000 kubmetr üçün 860,2 ABŞ dollarına çatıb.

Avropanın fyuçers bazarında təbii qazın qiymətindəki volatillik davam edir. Sentyabrın 15-i qiymətlər rekord 963,9 ABŞ dollarınadək yüksəldi. Bir gün sonra qiymətlər 10 %-dən çox azaldı. Ötən həftənin cümə günü isə təbii qazın fyuçers qiyməti 4,6 % artaraq 807,1 ABŞ dolları oldu.

Avropada təbii qaz qiymətlərinin artmasının səbəblərindən biri kimi anbarlarda qaz ehtiyatlarının aşağı səviyyədə olması göstərilir. Belə ki, Avropa İttifaqında yeraltı qaz anbarlarının dolum səviyyəsi son 10 il üçün orta göstəricidən 20 % azdır.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031