SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı artıb

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı artıb
14-09-2021, 21:23

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə 858 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 158 obyekt daha çoxdur.

Bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir.

Məlumata görə, 2021-ci ilin avqust ayında Azərbaycan vətəndaşları Türkiyədə 138 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2020-cu ilin avqustundan 16 obyekt çoxdur.

2021-ci ilin avqust ayında Türkiyədə 141 400 əmlak satılıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 17 faiz daha azdır.İyul ayında Türkiyədə 5 866 əmlak əcnəbilərə satılıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 50,7 faiz çoxdur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930