SON DƏQİQƏ

naxcivanxeberleri.com

SAHƏLƏRDƏN 2247 TON TƏRƏVƏZ YIĞILIB

SAHƏLƏRDƏN 2247 TON TƏRƏVƏZ YIĞILIB
12-09-2021, 17:14

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilən “2021- 2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrasının uğurla davam etdirilməsi Kəngərli rayonunda bu sahənin inkişafına təkan vermiş, əhalinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaratmışdır. Xəbər verdiyimiz kimi, bu ilin yazında rayonumuzda 375 hektar sahədə tərəvəz məhsulları əkilmişdir. Sahələr aqrotexniki qaydalara uyğun becərilmiş, bunun nəticəsində bol məhsul hasilə gətirilmişdir. Əvvəlcə bazara isti şitilliklərdə yetişdirilmiş xiyar, pomidor, göy-göyərti və digər tərəvəz məhsulları çıxarılmışdır. Bunun ardınca açıq sahələrə əkilmiş məhsulun yığımına başlanmışdır. Qeyd edək ki, bu ilin yay aylarında havaların həddindən artıq isti və quraq keçməsinə baxmayaraq, tərəvəz sahələrindən gözlənildiyindən artıq məhsul yetişdirilmişdir. Əvvəlki illərdən fərqli olaraq, cari ildə həyətyanı sahələrlə yanaşı, pay torpaqlarında da xeyli tərəvəz əkilmiş, yüksək məhsul əldə edilmişdir. Bunun nəticəsidir ki, bazarda bolluq və ucuzluqdur. İndiyə kimi sahələrdən, ümumilikdə, 2 min 247 ton tərəvəz yığılmışdır. Təkrar əkinlər keçirilən tərəvəz sahələrində də yığıma başlanmışdır. Hazırda tərəvəz yığımı davam edir. Tədarük olunan məhsulların bir hissəsi isə Naxçıvan şəhərində və rayon mərkəzindəki satış yarmarkalarına çıxarılır.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ekim 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31