SON DƏQİQƏ

naxcivanxeberleri.com

Xorvatiya İqtisadiyyat Palatasının nümayəndəsi: "Qapılarımız Azərbaycan biznesi üçün açıqdır"

Xorvatiya İqtisadiyyat Palatasının nümayəndəsi:
29-04-2019, 14:55

"Xorvatiya İqtisadiyyat Palatası uzun illər ərzində Azərbaycanla iqtisadi əlaqələr qurmaq istiqamətində fəaliyyət göstərib".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Azərbaycan – Xorvatiya biznes forumunda bu ölkənin İqtisadiyyat Palatasının Vitse-prezidenti Tomislav Radoş bildirib.

“Mən 116 yaşı tamam olan bir qurumu təmsil edirəm. Uzun illər ərzində Azərbaycanla iqtisadi əlaqələr qurmaq istiqamətində çalışmışıq. Bu forum təcrübə və fikir mübadiləsi aparmaq üçün nadir bir platformadır. Ölkələrimizin biznes sahəsində əməkdaşlığa necə maraqlı olduğunu görürük. İki ölkə arasında ticarət dövriyyəsi kiçik olsa da, əməkdaşlığın davamı üçün böyük potensial olduğu göz qabağındadır. Avropa İttifaqının üzvüyük və qapılarımız Azərbaycan biznesi üçün açıqdır”.

Palata rəhbəri turizm, maşınqayırma, kimya sənayesi sahələrində ikitərəfli əməkdaşlığın inkişafı üçün daha əlverişli imkanların olduğunu da dilə gətirib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031