SON DƏQİQƏ

naxcivanxeberleri.com

AQTA sədri baytarlıq preparataları, yem və yem əlavələrinin idxalçıları ilə görüşüb

AQTA sədri baytarlıq preparataları, yem və yem əlavələrinin idxalçıları ilə görüşüb
27-04-2019, 12:40

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) baytarlıq preparataları, yem və yem əlavələrinin idxalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

Agentlikdən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə AQTA sədri Qoşqar Təhməzli Agentlik tərəfindən bu istiqamətdə həyata keçrilən tədbirlərlə bağlı görüş iştirakçılarına geniş məlumat verib.

Q.Təhməzli idxal olunan baytarlıq preparatlarının, yem və yem əlavələrinin qida təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb və idxal olunan məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara cavab verməsinin vacibliyini vurğulayıb. AQTA sədri sahibkarlarla sıx əməkdaşlıq çərçivəsində əlaqələrin daha da genişləndirilməsinin əsas prioritetlərdən olduğunu bildirib.

Qeyd olunub ki, ölkəmizə idxal olunan baytarlıq preparatları, yem və yem əlavələri ölkənin biotəhlükəsizlik sisteminin formalaşmasında mühum rol oynayır.

Görüşdə idxal prosedurlarının həyata keçirilməsi, dərman preparatlarının topdan və pərakəndə satışının təşkili, neqativ hallarla birgə mübarizə, dərman preparatlarının qeydiyyatı ilə bağlı məsələlər müzakirə olunub. Mövcud qaydaların optimallaşdırılması və proseslərin asanlaşdırılması istiqamətində sahibkarların fikirləri dinlənilib.

Sahibkarlara maarifləndirmə işinin təşkili, sahəyə peşəkar mütəxəssislərin cəlb olunması, bu istiqamətdə tədris materiallarının hazırlanması, sahibkarlıq subyektlərində çalışan əməkdaşlarının təlimlərə cəlb olunması ilə bağlı tövsiyələr verilib.

Görüşün sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031