SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda nağdsız ödənişlərin ümumi dəyəri 56% artıb

Azərbaycanda nağdsız ödənişlərin ümumi dəyəri 56% artıb
4-08-2021, 13:30

Bu ilin I yarısında Azərbaycanda bank kartları ilə 15,9 milyard manatlıq ödəniş aparılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,3% çoxdur.

bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı Ödəniş Sistemləri üzrə Yarımillik İcmalda bildirilir.

Sənəddə həmçinin deyilir ki, 6 aylıq ödənişlərin 4,5 milyard manatlıq hissəsi nağdsız ödənişlərdir. Bu isə 1 il əvvələ nisbətən 55,6% çoxdur.

Son 1 ildə ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 6 faiz bəndi artaraq 28,1%-ə çatıb.

Ümumiyyətlə, hesabat dövründə kartla aparılan hər 100 manatlıq əməliyyatın 28 manatı nağdsız, 72 manatı isə nağdsız olub. Ötən ilin I yarısında bu göstəricilər müvafiq olaraq 22 manat və 78 manat təşkil edib.

Kartlarla nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşüb. Hesabat dövründə elektron ticarət əməliyyatlarının sayı 40,3% artaraq 43,2 milyon ədəd, ümumi dəyəri isə 35,6% artaraq 2,4 milyard manat olub.

2021-ci ilin yanvar-iyun aylarında təsərrüfat subyektlərində POS-terminal vasitəsilə aparılan əməliyyatların sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq 42,7 milyon ədəd, ümumi dəyəri isə 85,3% artaraq 1,8 milyard manat təşkil edib. POS-terminallarla aparılan təmassız ödənişlərin sayı və ümumi dəyəri 1 il əvvəlki göstəriciləri müvafiq olaraq 4,2 və 6,6 dəfə üstələyib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930