SON DƏQİQƏ

naxcivanxeberleri.com

SOCAR-ın Türkiyədəki zavodu aviakerosin istehsalını 2 dəfədən çox artırıb

SOCAR-ın Türkiyədəki zavodu aviakerosin istehsalını 2 dəfədən çox artırıb
2-08-2021, 16:41

Bu ilin may ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi STAR neft emalı zavodu (NEZ) 440 693 ton dizel yanacağı istehsal edib.

Bu barədə NAXCİVANXEBERLERİ.COM Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Məlumata görə, bu, ötən ilin may ayı ilə müqayisədə 126 056 ton və ya 22,24 % azdır.

Bundan başqa, mayda STAR NEZ 5 578 ton aviasiya kerosini yanacağı istehsal edib ki, bu da illik müqayisədə 3 054 ton və ya 2,2 dəfə çoxdur. Həmçinin zavod ay ərzində 14 191 ton mayeləşdirilmiş neft qazı (LPG), 89 431 ton nafta, 54 340 ton neft koksu istehsal edib. 1 il əvvələ nisbətən LPG-nin istehsal həcmi 5 846 ton və yaxud 29,2 %, neft koksunun istehsal həcmi 8 922 ton və ya 14,1 % azalıb, naftanın istehsal həcmi isə 3 658 ton və yaxud 4,3 % artıb.

Həmçinin, may ayında STAR neft emalı zavodu 77 357 ton yüksək kükürd tərkibli mazut, 22 911 ton ağır vakuum qazoylu, 904 947 ton yüksək kükürd tərkibli dizel yanacağı və 93 874 ton digər məhsul istehsal edib.

STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavod ildə 10 mln ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930