SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 11 % azalıb

Türkiyə ərazisi ilə nəql edilən BTC neftinin həcmi 11 % azalıb
2-08-2021, 13:19

Bu ilin iyun ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 14,742 milyon barel neft nəql edilib.

Bu barədə NAXCİVANXEBERLERİ.COM Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin iyun ayı ilə müqayisədə 1,591 milyon barel və yaxud 9,7 % azdır.

Bu ilin yanvar-iyun ayları ərzində BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 98,927 milyon barel neft nəql edilib. Bu, 2020-ci ilin ilk yarım illik göstəriciləri ilə müqayisədə 12,149 milyon barel və yaxud 10,9 % azdır.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930