SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şəhərində sakinlərə dayanıqlı rabitə xidmətləri göstərilir

Naxçıvan şəhərində sakinlərə dayanıqlı rabitə xidmətləri göstərilir
28-07-2021, 20:16

Muxtar respublikada həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf ümumi rifahın yüksəlməsilə yanaşı, əhalinin yeni texnologiyalara olan tələbatını da xeyli artırmışdır.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu sahədə yeni infrastrukturun qurulması, müasir texnologiyaların tətbiqi, həmçinin sakinlərin rabitə xidmətlərindən dayanıqlı, təhlükəsiz və keyfiyyətli istifadə etmələri üçün muxtar respublikamızda bir sıra mühüm işlər görülməkdədir. Rabitə sahəsində gedən sürətli inkişaf, fiber-optik xətlərin çəkilməsi, yüksəksürətli internet şəbəkəsinin yaradılması kommunikasiya xidmətlərinin müasir tələblər səviyyəsində qurulmasına imkan yaradır. Görülən işlərin nəticəsidir ki, muxtar respublikanın bütün yaşayış məntəqələrində əhaliyə ən müasir telekommunikasiya xidmətləri göstərilir. Hazırda, Naxçıvan şəhərinin Mirzə Ələkbər Sabir, Yunis Cabbarov küçələrində və Qaraçuq, Qaraxənbəyli kəndlərində sakinlərin ən müasir rabitə, internet və kommunikasiya xidmətlərindən yararlanması məqsədilə yenilənmə işləri görülür, hava rabitə xətləri yeraltı rabitə xətləri ilə əvəz olunur, xətt təsərrüfatında istismara yararsız rabitə xətləri yenilənir, taxta dirəklər metal dirəklərlə əvəz olunur, abonent qutularından sakinlərin mənzillərinədək olan məsafədə rabitə xətlərində olan nasazlıqlar xüsusi rabitə cihazları vasitəsilə aşkar edilərək aradan qaldırılır və digər zəruri işlər həyata keçirilir. Həmçinin, Avtomat Telefon Stansiyalarında istismar olunan qurğulara, o cümlədən generatorlara, akkumulyatorlara texniki baxışın keçirilməsi istiqamətində də işlər davam etdirilir. Əhaliyə göstərilən rabitə xidmətlərinin keyfiyyətinə nəzarət edilməsi üçün mütəmadi olaraq Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə monitorinqlər aparılır, dayanıqlı və çoxçeşidli rabitə xidmətlərinin təşkili  və ən müasir texnologiyaların tətbiq edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031