SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rusiya rəsmisi: “Azərbaycanla ticarət dövriyyəsini artırmaq potensialı var”

Rusiya rəsmisi: “Azərbaycanla ticarət dövriyyəsini artırmaq potensialı var”
23-07-2021, 12:40

“Koronavirus (COVID-19) pandemiyasının yaratdığı problemlər fonunda Azərbaycan və Rusiya hökumətləri qarşılıqlı şəkildə iki ölkənin biznes dünyasına dəstək verəcəklər”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Rusiya işgüzar görüşündə qonşu ölkənin iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç bildirib.

“Pandemiya ölkələrimiz arasında ticarətə təsir edib, lakin ticarət dövriyyəsinin mnüsbət dinamikası dinamikası qorunub-saxlanılıb. Bu ilim ilk 5 ayında iki ölkənin ticarət dövriyyəsinin dəyəri illik müqayisədə 3,8% artaraq 1 016 milyon ABŞ dollarına çatıb. O cümlədən Rusiyanın Azərbaycana ixracının dəyəri 2,6% artaraq 836,6 milyon dollar, Azərbaycandan idxalının dəyəri isə 7,4% artaraq 324 milyon dollar təşkil edib. Bu isə tarixən qurulmuş ortaqlıqlar və işgüzar dəstək proqramları sayəsində olub. Biz anlayırıq ki, qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün potensial var. Buna əsas isə Azərbaycanda həyata keçirilən layihələrdir”, - o qeyd edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930