SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi ətrafındakı ərazilərdə yaşıllıqların sahəsi artırılır

“Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi ətrafındakı ərazilərdə yaşıllıqların sahəsi artırılır
25-04-2019, 09:00

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 29 noyabr tarixli “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” Sərəncama və qəbul edilmiş Tədbirlər Planına uyğun olaraq həmin ərazilərdə təbiətin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi sahəsində tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, ötən müddət ərzində bu sahədə fəaliyyət davam etdirilmiş, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi ərazisindəki təpəliklərdə 30 hektara yaxın sahədə əraziyə xas olan ağac və kolların (yemişan, həmərsin, badamça, yabanı aıça və s.) toxum və tingləri vasitəsilə əkin işləri aparılmış, yaşıllıq zolaqları salınmışdır. Bu işlərin davamı olaraq 23 aprel tarixində istirahət bölgəsi ətrafındakı orta dağlıq ərazidə yerli yabanı meyvə və giləmeyvə növlərinin ting və toxumundan istifadə edərək 7 hektar sahədə əkin aparılmışdır. Cari ildə Ağbulaq İstirahət bölgəsi ətrafındakı ərazilərdə 70 hektar sahədə ərazinin yerli bitkilərinin əkilməsi planlaşdırılmışdır. Muxtar respublikamızda yeni meşə massivlərinin, meyvə bağlarının əkilməsi, orta dağlıq və dağlıq ərazilərdə toxumla əkin aparılması, bu sahəyə vətəndaş mövqeyinin və ən əsası dövlət qayğısının göstərilməsi nəticəsində yaşıllıq ehtiyyatlarımız 1990-cı illə müqaisədə 1 faizdən 20 faizədək artmasına şərait yaratmışdır.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30