SON DƏQİQƏ

22:11 - Azərbaycan və Rusiya XİN başçıları ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər

21:46 - ABŞ-da koronavirusa yoluxanların sayı 473 minə çatdı

21:09 - Türkiyədə koronavirusdan ölənlərin sayı 1 000-ü ötdü

20:53 - İlham Əliyev: "Ümidvaram ki, koronavirusla mübarizədə qalib gələcəyik"

20:34 - Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısı dəyişdi

20:28 - Hemofiliya və talassemiya xəstələrinin registri qaydası dəyişdi

20:23 - Dünyada koronavirus qurbanlarının sayı 100 mini ötdü

20:03 - Vəli Baxşəliyev: Qız qalası Naxçıvanın qədim tarixinin daş yaddaşıdır-FOTO

19:49 - İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı müəyyənləşdi

19:38 - ÜST-ün baş direktoru: Strateji Hazırlıq və Cavab Planımıza töhfə verdiyinə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür etmək istəyirəm

19:27 - Prezident İlham Əliyev: Azərbaycan aparılan testlərin sayına görə dünyada 30-cu yerdədir

19:18 - Operativ Qərargah Rusiyadakı Azərbaycan vətəndaşlarına müraciət etdi

19:10 - Ümidsizliyinin rüşeymlərində gizli ümid kodları... - Nargis yazır

18:57 - Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna onlayn ödəniş etmək imkanı yaradılıb

18:48 - Azərbaycanda 65 koronavirusa yoluxma qeydə alındı, 1 nəfər vəfat etdi, 58 nəfər sağaldı - Operativ Qərargah

naxcivanxeberleri.com

25 aprel Sahibkarlar günüdür

25 aprel Sahibkarlar günüdür
25-04-2019, 01:30

Müasir Azərbaycan iqtisadiyyatında mühüm rola malik olan sahibkarlığın formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimizin müstəqil ölkəmizə rəhbərliyinin ilk illərindən həyata keçirdiyi inkişaf strategiyası Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların uğurla həyata keçirilməsinə etibarlı zəmin yaratmışdır. “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur,” — deyən ümummmili liderin rəhbəliyi altında digər sahələrdə olduğu kimi, sahibkarlığın formalaşması və inkişafı, eləcə də bu sahəni tənzimləyən qanunvericilik bazasının yaradılması istiqamətində də mühüm işlər görülmüşdür.

Ulu öndərin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də sahibkarlığın inkişafını prioritet məsələyə çevirmişdir. Bu gün ölkə iqtisadiyyatında sahibkarların rolunun artırılmasına xüsusi diqqət yetirilir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının uğurlu icrası ölkəmizin davamlı inkişafına, xüsusilə də sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə əlaverişli şərait yaratmışdır. Dövlət başçısının 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən hər il aprelin 25-nin Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd edilməsi də bu sahəyə göstərilən dövlət qayğısının daha bir ifadəsidir.

Bu gün ölkəmizdə həyata keçirilən layihələrin uğur qazanmasında sahibkarların böyük rolu vardır. Belə ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası ilə bağlı özəl sektor qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi bir sıra istiqamətlərdə rəqabətqabiliyyətli istehsal və xidmət sahələrinin yaradılmasına imkan vermişdir. Bu inkişaf strategiyasının muxtar respublikamızda da uğurla davam etdirilməsi müasir və güclü infra­strukturun qurulmasına, özəl sektorun inkişafına, bu istiqamətdə bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsinə, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılmasına, yeni müəssisələrin qurulmasına, iş yerlərinin açılmasına zəmin yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə sahibkarlığın inkişafı istiqamətində ardıcıl, səmərəli və sistemli tədbirlər görülmüş, sahibkar­lıq subyektlərinə səmərəli maliyyə dəstəyinin göstərilməsi mexanizmi formalaşdırılmışdır.

Müasir dövr muxtar respublika iqtisadiyyatında özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın rolununu daha da güclənməsi ilə xarakterizə olunur. Ailə təsərrüfatlarının inkişaf etdirilib, onların kiçik biznes subyektinə çevrilməsi üçün həyata keçirilən dəstəkləyici tədbirlər bu mənada sahibkarlığın da genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Sahibkarlığın inkişafının bir yolu da ailə təsərrüfatlarının fəaliyyətini dəstəkləməkdən keçir. Çünki ailə təsərrüfatları həm yerli istehsalın həcminin artmasına və özünüməşğulluğun təmin olunmasına, həm də kiçik və orta sahibkarlığın inkişafına böyük təkan verir.” 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunmuş, bu sahənin inkişafı ilə bağlı Tədbirlər Planı təsdiq edilmişdir. Təsərrüfat subyektlərinə kredit dəstəyinin göstərilməsi də bu vacib sahənin inkişafına göstərilən diqqətdən xəbər verir. Belə ki, 2018-ci ildə 14 ailə təsərrüfatına 253 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilmişdir.

Özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafı biznes mühitinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılmasının göstəricisi olmaqla bu sahədə həyata keçirilən uzunmüddətli işlərin nəticəsidir. Sahibkarlara maliyyə dəstəyi göstərmək məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində Sahibkarlığın İnkişafı Fondu yaradılmışdır. Fond tərəfindən bu günə qədər 1271 layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 142 milyon 313 min manatdan çox güzəştli kreditlər ayrılmış, həmin vəsait sənaye, xidmət və kənd təsərrüfatı təyinatlı müəssisələrin yaradılmasında istifadə olunmuşdur.

Naxçıvanda sahibkarlığın fəaliyyət istiqamətləri kifayət qədər çoxşaxəlidir. Hazırda muxtar respublikada məşğul əhalinin 83 faizə yaxını özəl sektorda çalışır. Sənaye sahəsində məhsul istehsalının 94 faizi, tikintidə görülən işlərin və nəqliyyat xidmətinin 78 faizi, rabitə xidmətinin 82 faizi, kənd təsərrüfatı, ticarət və ictimai iaşə xidmətlərinin isə 100 faizi özəl bölmənin payına düşür ki, bu da çox yüksək göstəricilərdir. Təkcə son beş ildə muxtar respublikada yeyinti, yüngül, mebel, metallurgiya, kimya, tikinti olmaqla 84 sənaye təyinatlı müəssisənin istifadəyə verilməsi, 270 heyvandarlıq, 84 ətlik və yumurtalıq istiqamətində quşçuluq, 111 arıçılıq, 74 bağçılıq və 14 balıqçılıq təsərrüfatının yaradılması nəticəsində məşğulluq səviyyəsi yüksəlmiş, ixracın həcmi artmışdır. Son illərdə rayon və kəndlərdə 750 kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələrinin yaradılması yerli resurslardan səmərəli istifadəni və məşğulluq səviyyəsinin yüksəldilməsini təmin etmişdir.

Muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin xarici əlaqələrinin inkişaf etdirilməsi, istehsal olunan məhsulların ixrac imkanlarının artırılması təmin edilir. Dövlət dəstəyi ilə son illərdə 50-dən artıq ölkədə keçirilən 321 müxtəlif tədbirdə 1722 sahibkarın iştirakının təmin edilməsi, 8 ixrac missiyasında, 7 beynəlxalq sərgidə vahid ölkə stendi ilə muxtar respublika sahibkarlarının təmsil olunması yerli şirkətlərin biznes əlaqələrinin inkişafına, beynəlxalq təcrübənin öyrənilməsinə və ixracın artmasına əlverişli şərait yaratmışdır. Bütün bu tədbirlər son nəticədə məhsul istehsalının və ixracın həcminin artmasına səbəb olmuşdur. Hazırda Naxçıvan Muxtar Respublikasının dünyanın 60-a yaxın ölkəsi ilə ticarət əlaqələri vardır. Sahibkarlığın inkişafının dəstəklənməsinin və yaradılan şəraitin nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk sədri olduğu “Caspian European Club” tərəfindən hazırlanan investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ölkə­mizin regionları arasında 2017-ci və 2018-ci illərin nəticələrinə görə lider olmuşdur.

Sahibkarlığa göstərilən qayğı, öz növbəsində, yerli istehsalın inkişafına da şərait yaradır. Yerli istehsalın inkişaf etdirilməsi isə daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amil nəzərə alınaraq, muxtar respublikada iqtisadiyyatın bütün sahələrində yeni istehsal və xidmət sahələri yaradılır, mövcud olanların fəaliyyəti bərpa edilir. Son illərdə 442 sənaye müəssisəsinin yaradılması, bu müəssisələrdə 383 növdə məhsulun istehsal olunması, 350 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi sahibkarlığın inkişafının nəticəsidir. Naxçıvan Muxtar Respublikasında sahibkarlara yaradılan şəraitdən istifadə edərək öz biznesini genişləndirən, yeni istehsal müəssisələri, iş yerləri yaradan, istehsal etdiyi məhsullarla ölkəmizi xaricdə layiqincə tanıdan, ümumilikdə, iqtisadi inkişafımıza, xüsusən də özəl sektorun inkişafına töhfə verən belə sahibkarlıq subyektlərinin sayı ilbəil artmaqdadır.

Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması, onların hüquqlarının müdafiəsi də diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 2002-ci il 30 sentyabr tarixli Fərmanına müvafiq olaraq bu sahədə ardıcıl tədbirlər görülür. Ötən dövrdə muxtar respublikada 4294 sahibkarlıq subyekti nəzarət kitabçası ilə təmin edilmiş, İqtisadiyyat Nazirliyində yaradılmış “Qaynar xətt” vasitəsilə sahibkarlıq subyektləri ilə maarifləndirmə işləri aparılmışdır.

İnvestisiya təşviqi sənədi ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına və stimullaşdırılmasına nail olmaq məqsədi daşıyır. Belə ki, artıq muxtar respublikada investisiya təşviqi sənədinin tətbiqinə başlanmış, ötən dövrdə 11 milyon 376 min manat dəyərində 5 layihə üzrə investisiya təşviqi və təsdiqedici sənədinin verilməsi, 21 halda ixrac əməliyyatı üzrə 63 min manatdan çox məbləğdə ixrac təşviqinin ödənilməsi ixracyönümlü məhsulların istehsalının dəstəklənməsinə, investisiyaların cəlb edilməsinin stimullaşdırılmasına öz töhfəsini vermişdir.

Sahibkarlığın inkişaf etdirilməsi, dövlətin sahibkara, iş adamına sahib çıxması iqtisadiyyatımızın dinamik inkişafına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə töhfə verir. Bu səbəbdən də yaradılan şəraitdən və göstərilən dövlət dəstəyindən səmərəli istifadə etmək, muxtar respublika iqtisadiyyatının inkişafına töhfə vermək sahibkarların qarşısında duran əsas vəzifədir.



Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930