SON DƏQİQƏ

naxcivanxeberleri.com

SOCAR bu il sıxılmış təbii qaz satılan məntəqələrinin sayını 14-ə çatdırmaq istəyir

SOCAR bu il sıxılmış təbii qaz satılan məntəqələrinin sayını 14-ə çatdırmaq istəyir
24-04-2019, 15:30

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2019-cu ildə Sıxılmış Təbii Qaz (STQ, beynəlxalq miqyasda CNG, yəni “Compressed Natural Gas”) satılan məntəqələrin sayının 14-ə çatdırılmasını hədəfləyir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov jurnalistlərə bildirib.

O qeyd edib ki, hazırda 9 CNG məntəqəsi mövcuddur.

Vitse-prezident bildirib ki,2020-ci ildə biri Bakıda, digəri regionda olmaqla iki CNG terminalının tikintisi nəzərdə tutulur: "Bütün əsas nəqliyyat istiqamətlərində - Şimal, Qərb və Cənub istiqamətində əlavə 6 CNG məntəqəsi olacaq.Məqsəd hər 100km-dən bir yanacaqdoldurma məntəqələrində elektik və qazdoldurma məntəqələrinin quraşdırılmasıdır".

Qeyd edək ki, CNG benzin və dizellə müqayisədə xeyli ucuzdur. Hesablamalara görə, CNG avtomobillərin yanacaq sərfiyyatını hər 10 min kilometr məsafə üçün 600 manat aşağı salmağa imkan verir.

Azərbaycanda CNG-nin satışı “SOCAR PETROLEUM” QSC tərəfindən həyata keçirilir. Şirkət 2018-ci ilin iyul ayında Azərbaycanın pərakəndə yanacaq satışı bazarında ilk dəfə olaraq sıxılmış təbii qazın satışına başlayıb. CNG-in bir kubmetrinin qiyməti 0,45 manat təşkil edir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930