SON DƏQİQƏ

naxcivanxeberleri.com

TAP vasitəsilə qaz axını ilin sonunda 5 milyard kubmetri keçəcək

TAP vasitəsilə qaz axını ilin sonunda 5 milyard kubmetri keçəcək
5-07-2021, 12:51

Trans-Adriatik boru kəməri (TAP) ilə ümumi qaz axını 2021-ci ilin yekunlarına əsasən 5 milyard kubmetri keçəcək.

NAXCİVANXEBERLERİ.COM bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, 2021-ci ilin ilk beş ayı ərzində Azərbaycanda təbii qaz hasilatı ötən illə müqayisədə 8 faiz artıb:

"Bu, ixracın illik 40 faizdən çox artması ilə əlaqədar olub. TAP vasitəsilə tədarük bu ilin ilk beş ayı ərzində 2,5 milyard kubmetrə çatıb"

Agentlik bildirir ki, 2020-ci ildə Avropanın boru kəmərləri ilə qaz idxalı Rusiya, Şimali Afrika və İrandan idxalın kəskin azalması ilə əlaqədar 10 faizdən çox azalıb:

"Azərbaycanın ixracı illik göstəricidə 20 faizdən çox artıb. Rusiya və Şimali Afrikadan idxalın artması və Azərbaycan qazının TAP vasitəsilə İtaliya və Cənub-Şərqi Avropaya idxal həcmlərinin artması ilə əlaqədar 2021-ci ildə boru kəmərləri ilə qaz tədarükünün 2019-cu il səviyyəsinə çatması gözlənilir. 2021-ci ilin birinci yarısında TAP vasitəsilə təxminən 3 milyard kubmetr qaz ixrac olunub ki, ilin sonunadək bu gösərici 5 milyard kubmetrədək çata bilər".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031