SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu il Naxçıvan iqtisadiyyatı 2,2% böyüyüb

Bu il Naxçıvan iqtisadiyyatı 2,2% böyüyüb
23-04-2019, 10:12

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 535 mln. 968 min manatdan artıq ümumi daxili məhsul istehsal edilib.

NAXCİVANXEBERLERİ.COM Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, bir il öncəki göstəricidən 11 mln. 782 min manat və ya 2,25% çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5% artaraq 1 174 manatı ötüb. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,4%-lik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 53,7% təşkil edib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-mart aylarında sənaye məhsulu 1,2%, kənd təsərrüfatı məhsulu 2,4%, nəqliyyat sektorunda yük daşınması 2,3%, informasiya və rabitə xidmətləri 3,3% artıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31