SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu il fermerlərə 30 milyon manatdan artıq kredit verilib

Bu il fermerlərə 30 milyon manatdan artıq kredit verilib
21-06-2021, 17:09

İlin əvvəlindən bugünədək Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaitləri hesabına fermerlərə 30 milyon manatdan artıq kredit verilib.

Kənd Təsərrüfatı Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, ayrılan kreditin 17 milyon manatdan çoxu güzəştli texnika krediti, 11 milyon manatı mikrokredit, 2 milyon manatı isə digər aşağı faizli kənd təsərrüfatı təyinatlı kreditlərdir. Bunlar arasında məbləğ baxımından texnika kreditləri üstünlük təşkil edir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal bildirib ki, hesabat dövründə fermerlərə 1195 mikrokredit, 685 güzəştli texnika krediti və 68 digər təyinatlı aşağı faizli kreditlər ödənilib. Ayrılan kredilərtdən 1948 fermer yararlanıb.

AKİA rəsmisi əlavə edib ki, Azərbaycan Respublikası Prezidentin 19 dekabr 2018-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş qaydalara görə, kənd təsərrüfatı texnikasını əldə etmək istəyənlərin əvəzinə texnika dəyərinin 40%-i dövlət tərəfindən ödənilir. Yəni, texnika alışının maliyyələşməsinə 40% güzəşt (subsidiya) verilir. Alıcı ilkin ödəniş kimi texnika dəyərinin 20%-ni edir. Yerdə qalan 40% isə fermerə müvəkkil kredit təşkilatları vasitəsi ilə güzəştli kredit və ya lizinq formasında verilir. Cari il ərzində fermerlər kreditlə 2442 texnika və avadanlıq əldə ediblər. Bunlardan 16-sı kombayn, 504-ü traktor, 94-ü suvarma sistemi, 1828-i isə digər texnika və avadanlıqlardır.

Qeyd edək ki, heyvandarlığa da dövlət dəstəyi göstərilir. Belə ki, damazlıq heyvanın satış dəyərinin 60%-i dövlət hesabına ödənilir. Sahibkar ilkin ödəniş kimi 25%-i ödəməlidir. Damazlıq heyvanın dəyərinin qalan hissəsi isə kredit kimi rəsmiləşdirilir.

Xatırladaq ki, fermerlərə təklif olunan mikrokreditlər illik 12%-lə, 1 il güzəşt dövrü olmaqla 3 ilədək müddətə verilir. Bu zaman fermerlərdən hər hansı bir girov tələb olunmur. Mikrokreditlər üçün maksimal məbləğ 15 min manat təşkil edir.

Digər aşağı faizli kreditlər (damazlıq heyvan alışı və müxtəlif kənd təsərrüfatı təyinatlı) isə illik 7%-lə, 2 ilidək güzəşt dövrü və 5 ilədək müddətə verilir. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031