SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qətər şirkətləri Azərbaycanda bərpa olunan enerji hərraclarına qatıla bilər

Qətər şirkətləri Azərbaycanda bərpa olunan enerji hərraclarına qatıla bilər
21-06-2021, 10:00

Energetika naziri Pərviz Şahbazov Qətərin Azərbaycandakı səfiri Feysəl bin Abdullah Al Hinzabı qəbul edib.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Nazirlikdən bildirilib.

Görüşdə energetika sahəsində ikitərəfli münasibətlərin inkişaf perspektivləri və gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Səfir “Cənub Qaz Dəhlizi” layihəsinin başa çatması və Azərbaycan təbii qazının Avropaya nəqlinin başlanması münasibətilə təbriklərini çatdırıb, bu layihənin Avropanın enerji təhlükəsizliyinin təmininə verdiyi töhfəni vurğulayıb.

Görüşdə enerji keçidi prosesində təbii qazın atmosferə daha az karbon emissiyası atması nəzərə alınaraq keçid yanacağı kimi vacib rolu qeyd olunub. İki ölkə arasında bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Hər iki sahə üzrə ölkəmizdə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülmüş işlər haqqında məlumat verilib. Energetika sektorunun inkişafına özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi istiqamətində addımların atıldığı və Qətər şirkətlərinin gələcəkdə ölkəmizdə bərpa olunan enerji sahəsi üzrə təşkil ediləcək hərraclarda iştiraka təşviq edilməsinin əhəmiyyəti vurğulanıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031