SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avstriya bankı Azərbaycanda bərpa olunan enerji layihələrinə vəsait ayıra bilər

Avstriya bankı Azərbaycanda bərpa olunan enerji layihələrinə vəsait ayıra bilər
17-06-2021, 13:30

Avstriyanın "Raiffeisen Bank"ı Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində layihələrin maliyyələşdirilməsini dəstəkləyə bilər.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a bankdan bildiriblər.

Qeyd olunub ki, hazırda bank maliyyə müəssisələri ilə əməkdaşlığa diqqətini yönəldib:

"Bununla əlaqədar olaraq "Raiffeisen Bank" bərpa olunan enerji mənbələri sahəsində uzunmüddətli perspektivdə layihələrin maliyyələşdirilməsini dəstəkləyə bilər".

Bankdan bildiriblər ki, hazırda ən vacib məsələ biznesdə normativlərin təmin olunmasıdır:

"Bank bu normativləri tənzimləyici orqanlar tərəfindən uyğunluq və keyfiyyət tələbləri ilə əlaqədar yaradır. Bizim məqsədimiz uyğunluq baxımından Azərbaycanın ən yaxşı maliyyə müəssisələri ilə işləməkdir".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031