SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan polipropilen ixracından qazancını 38 %-dən çox artırıb

Azərbaycan polipropilen ixracından qazancını 38 %-dən çox artırıb
16-06-2021, 14:28

Bu ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 35 min 179,6 ton ilkin formalarda polipropilen ixrac edib.

NAXCİVANXEBERLERİ.COM-un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 44,213 milyon ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni ayları ilə müqayisədə 12,287 milyon ABŞ dolları (38,5 %) çoxdur və 4 min 526 ton (11,4 %) azdır.

Ötən 5 ay ərzində polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,87 % olub. Hesabat dövründə ilkin formalarda polipropilenin ölkənin ümumi ixracdakı payı 0,6 % olub.

Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930