SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan internetin orta aylıq sürətinə görə geriləyib

Azərbaycan internetin orta aylıq sürətinə görə geriləyib
16-06-2021, 10:38

Bu ili may ayında Azərbaycanda sabit genişzolaqlı internetin orta sürətinə görə dünya ölkələri arasında 7 pillə geriləyərək 125-ci yerdə qərarlaşıb.

NAXCİVANXEBERLERİ.COM-un “Speedtest Global Index”ə istinadən verdiyi xəbərə görə, ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 23,25 MB/S olub.

Hesabatda qeyd edilir ki, ölkəmiz mobil internetin sürətinə görə də 1 pillə geriləyib və 36,34 MB/S sürətlə 68-ci pillədə qərarlaşıb.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı siyahıda 180 ölkənin adı var. Birinci yerdə Hong-Kong (245,01 MB/S), sonuncu yerdə isə Türkmənistan (4,19 MB/S) qərarlaşıb.

Mobil operatorlarla bağlı siyahıda isə Birləşmiş Ərəb Əmirlikləri 194,09MB/S sürətlə birinci, Əfqanıstan isə 6,86 MB/S sürətlə sonuncu 137-ci yerdə qərarlaşıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031