SON DƏQİQƏ

naxcivanxeberleri.com

TAP konsorsiumu öz sahəsində ən yüksək standartlara uyğun işini davam etdirəcək

TAP konsorsiumu öz sahəsində ən yüksək standartlara uyğun işini davam etdirəcək
14-06-2021, 14:19

Trans-Adriatik boru kəməri konsorsiumu (TAP AG) əmək mühafizəsi və təhlükəsizlik texnikası prinsiplərinə sadiq qalaraq, insanlara və ətraf mühitə ziyan vurmadan işini davam etdirəcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə konsorsiumun bəyanatında deyilir.

Qeyd olunub ki, TAP həm Albaniyadakı zəlzələnin, həm də COVID-19 pandemiyasının fəsadlarının öhdəsindən uğurla gəlib

TAP-ın Albaniyadakı meneceri Malfor Nuri bildirib ki, hər cür ssenariyə hazır olmaq və bu zaman mütəxəssisləri cəlb etməklə ən səmərəli üsul və texnologiyalardan istifadə etmək lazımdır.

"Albaniyada bu tipli ilk qaz kəməri olmaqla, TAP öncül beynəlxalq təcrübə və yüksək standartlara əməl etməyə çalışır. Bu üsullar Albaniyanın gələcək qazlaşdırılması zamanı "Albgaz", İon-Adriatik boru kəməri kimi digər şirkət və layihələr tərəfindən istifadə oluna bilər".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031