SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada bu ilin ilk 5 ayında əmək pensiyalarının maliyyələşdirilməsinə 78 milyon 28 min manat vəsait yönəldilib

Muxtar respublikada bu ilin ilk 5 ayında əmək pensiyalarının maliyyələşdirilməsinə 78 milyon 28 min manat vəsait yönəldilib
12-06-2021, 12:49

Son illər muxtar respublikamızda davamlı və sabit iqtisadi inkişaf sosial sahədə qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsinə imkan verir. İqtisadi sahədə əldə olunan nailiyyətlər, ilk növbədə, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, onların həyat səviyyəsinin yüksəldilməsinə təsir edir.
2021-ci ilin ilk 5 ayı ərzində müvafiq orqan tərəfindən məcburi dövlət sosial sığorta haqlarının toplanması üzrə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun xəzinə hesabına 46 milyon 19 min 800 manat vəsait daxil olmuşdur ki, bu da proqnoz üzrə nəzərdə tutulmuş vəsaitdən 1 milyon 829 min 800 manat və ya 4,1 faiz çoxdur. Sahibkarlara dövlət dəstəyinin, yeni müəssisə və iş yerlərinin yaradılmasının nəticəsidir ki, qeyri-büdcə sektorundan məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma 11 milyon 240 min manatdan artıq olmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirlərinin nəzərdə tutulan proqnozdan artıq yerinə yetirilməsi muxtar respublikada iqtisadiyyatın davamlı inkişafına görə mümkün olmuşdur. Bu da, nəticə etibarilə, əhalinin sosial müdafiəsini, əmək pensiyalarının və məcburi dövlət sosial sığortahaqqı hesabına müavinətlərin hər ay vaxtında maliyyələşməsinin təminatıdır.

Cari ilin ilk 5 ayı ərzində fondun büdcəsinin xərclər hissəsi 81 milyon 230 min 700 manat icra olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 milyon manat, yaxud 6,1 faiz çoxdur. Bu ilin əvvəlində muxtar respublika üzrə 46 min 388 əmək pensiyaçısının pensiyalarının sığorta hissəsinin 11,4 faiz indeksasiya olunaraq artırılması əmək pensiyalarının maliyyələşdirilməsinə yönəldilən vəsaitin həcminin artmasına mühüm təsir göstərmişdir. Belə ki, bu ilin 5 ayında əmək pensiyalarının maliyyələşdirilməsinə 78 milyon 28 min manat vəsait yönəldilmişdir. Əmək pensiyaları və məcburi dövlət sosial sığortahaqqı hesabına müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 57,6 faizi sığortaedənlərdən məcburi dövlət sosial sığortahaqqı olaraq muxtar respublikada yığılmışdır.
Muxtar respublikada iqtisadi inkişafla paralel əhalinin sosial müdafiəsi ilə bağlı tədbirlərin görülməsi insan amilinə verilən dəyərin göstəricisidir. Bu mənada, əmək pensiyaçıları da diqqətdən kənarda qalmır, onlara pensiya ödənişləri hər ayın ilk ongünlüyündə ödənilir. Muxtar respublika pensiya ödənişinin vaxtından əvvəl tamamlanmasına görə ölkə üzrə ilk pillələrdədir. Bu, əmək pensiyaçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş növbəti dövlət qayğısının ifadəsidir.

Naxçıvan Muxtar Respublikası Dövlət
Sosial Müdafiə Fondunun mətbuat xidməti

 



Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031