SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda ÜDM-in həcmi artıb

Azərbaycanda ÜDM-in həcmi artıb
10-06-2021, 14:43

2021-cu ilin yanvar-may aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Hesabat dövründə ölkədə ÜDM 31,5 milyard manatı ötüb.

Ökə iqtisadiyyatının neft-qaz sektorunda əlavə dəyər 6,7 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 4,5 faiz artıb.

Yanvar-may aylarında adambaşına düşən ÜDM-in dəyəri isə 14,2 faiz artaraq 3 150,6 manat təşkil edib.

ÜDM-in strukturunda 41,2 faizi sənaye, 10,4 faizi ticarət, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi tikinti, 4,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,8 faizi digər sahələrin payına düşüb.

Məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 faizini təşkil edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930