SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda dizel yanacağı istehsalı artıb

Azərbaycanda dizel yanacağı istehsalı artıb
17-04-2019, 17:53

Bu ilin I rübü ərzində Azərbaycanda neft məhsullarının istehsalısahəsində istehsalın ümumi dəyəri 735,1 mln. manat təşkil edib.

NAXCİVANXEBERLERİ.COM-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 1,4% çoxdur.

Hesabat dövründə 302,8 min ton avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin I rübündən 1,6% azdır. Bu il aprelin 1-nə 79,9 min ton avtomobil benzini ehtiyatı olub.

Yanvar-mart ayları ərzində 515,6 min ton dizel yanacağı, 154,2 min ton ağ neft, 78,8 min ton neft-kimya sənayesində istifadə üçün benzin istehsal edilib ki, dizel yanacağının istehsalında 5,9%, ağ neftin istehsalında 9,8%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalında 36,8% artım qeydə alınıb.

Eyni zamanda, I rübdə 18 min ton yanacaq mazutu, 4,9 min ton sürtkü yağları, 39,4 min ton neft bitumu, 61,2 min ton neft koksu istehsal edilib. Yanacaq mazutunun istehsalı 8,6%, sürtkü yağlarının istehsalı 5,8%, neft bitumunun istehsalı 33%, neft koksunun istehsalı 3,8% azalıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031