SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda pandemiya dövründə qeyri-neft-qaz sektorunda məhsul istehsalı artıb

Azərbaycanda pandemiya dövründə qeyri-neft-qaz sektorunda məhsul istehsalı artıb
15-05-2021, 16:45

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,6 faiz azalaraq 11,0 milyard manat təşkil edib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 5,9 faiz azalması hesabına baş verib, sənayenin qeyri-neft-qaz sektorunda isə məhsul istehsalı 11,9 faiz artıb.

Sənaye məhsulunun 63,7 faizi mədənçıxarma, 29,3 faizi emal, 6,2 faizi elektrik enerjisi, qaz vəbuxar isteh salı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi vəemalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 82,4 faiz olub.Ümumi istehsalın 89,7 faizi sənaye məhsullarının istehsalı, 10,3 faizi isəsənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930