SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qobustan qoruğunda kütləvi ağacəkmə aksiyası keçirilib

Qobustan qoruğunda kütləvi ağacəkmə aksiyası keçirilib
13-04-2019, 14:04

Aprelin 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bu yaz özün bir təbiət yarat” devizi əsasında başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində kütləvi ağacəkmə aksiyası keçirilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, aksiya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi və Dövlət Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə baş tutub.

Aksiyada mədəniyyət naziri Əbülfəs Qarayev və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də iştirak ediblər.

Aksiya çərçivəsində Qobustan qoruğunda Böyükdaş dağına gedən yolun sağ və sol tərəfində 30 metr zolaqda yerli landşafta uyğun 3000-dən artıq nar, əncir, badam, sərv, Eldar şamı, zeytun və digər növ ağac əkilib.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031