SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ailə başçısını itirməyə görə pensiya və müavinət alanların sayı açıqlanıb

Ailə başçısını itirməyə görə pensiya və müavinət alanların sayı açıqlanıb
4-05-2021, 10:18

Azərbaycanda ailə başçısını itirməyə görə pensiya və müavinət alanların sayı 193 min nəfərdən çoxdur.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun yaydığı məlumatda bildirilir.

Qeyd olunub ki, onlardan 140 min nəfərdən çoxu pensiya, 53 min nəfərdən çoxu isə müavinət alır.

Qeyd edək ki, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:

1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları:

1.1.1. 18 yaşına çatmamış;

1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil;

1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;

1.2. ata, ana, ər, arvad “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud I və ya II qrup əlildirsə;

1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31