SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu il Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 27,7 faiz artıb

Bu il Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 27,7 faiz artıb
12-04-2019, 10:11

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində artım tempi 2019-cu ilin birinci rübü ərzində də davam edib.

DSMF-dən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, cari ilin yanvar-mart aylarında Fondun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,7 faiz (və ya 276 mln. manat) artaraq 1276,8 mln. manat olub.

İşləyən əhalinin sosial sığorta sistemində iştirak səviyyəsinin artmasının göstəricisi kimi, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 12,9 faiz (65,3 mln. manat) artaraq, 573,5 mln. manat təşkil edib.

Qeyri-büdcə sektoru üzrə daxilolmaların artırılması da diqqətdə saxlanılır. Həmin istiqamətdə görülən işlərin nəticəsi olaraq, Fondun həmin sektordan daxil olan sosial sığorta haqları cari ilin ilk rübündə 367,1 mln. manat olub. Bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 13,1 faiz və ya 42,6 mln. manat çoxdur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930