SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qarabağ bölgəsi və ətraf rayonların su ehtiyatlarının həcmi açıqlanıb

Qarabağ bölgəsi və ətraf rayonların su ehtiyatlarının həcmi açıqlanıb
28-04-2021, 09:45

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qarabağ bölgəsi və ətraf rayonların su ehtiyatlarının həcmini açıqlayıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, bu ərazilərdə 14 çay, doqquz su anbarı mövcuddur:

"Araz, Bərgüşad, Tərtər, Həkəri, Oxçu, Lev, Zabux, Tutqun, Turağay, Bəsit, Qarqar, Quru, Xaçın və Köndələn çayları Qarabağ ərazisindədir. Bu çayların üzərində Xudafərin, Sərsəng, Qız Qalası, Xaçınçay, Aşağı Köndələnçay, Suqovuşan, Köndələnçay-1, Köndələnçay-2 və Ağdamkənd su anbarları yerləşir. Bu anbarlardan ən böyüyü Xudafərin su anbarıdır (1 milyard 612 milyon kubmetr). Çaylardan ən böyüyü isə Araz çayıdır. Onun uzunluğu ( 1072) kilometrdir".

Nazir müavini deyib ki, bu su anbarlarının və çayların olması Qarabağ bölgəsində suvarma, içməli su və enerji təminatında çox mühüm əhəmiyyət daşıyır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930