SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu il 64 min hektara yaxın sahədə pambıq çiyidi səpilib

Bu il 64 min hektara yaxın sahədə pambıq çiyidi səpilib
23-04-2021, 14:52

Bugünədək ölkədə pambıq əkini ilə bağlı 63684 hektar sahədə çiyid səpini həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, artıq sahələrin 4157 hektarında çıxış alınıb. Çiyid səpininin optimal müddətdə başa çatacağı gözlənilir.

Bu il Azərbaycanın 17 rayonunda 100 min hektara yaxın sahədə pambıq əkini proqnozlaşdırılır. Ölkədə pambıqçılığa geniş dövlət dəstəyi mövcuddur. Pambıqçı fermerlər həm əkin, həm məhsul subsidiyası alırlar. Fermerlərə pambıq sahəsinin hər hektarına görə 260 manat (220 əkin subsidiyası +40 manat dizelin bahalaşmasından sonra artırılan subsidiya məbləği), təhvil verilən pambığın hər tonuna görə 100 manat subsidiya ödənilir. Subsidiya almaq istəyən fermerlər öz əkinlərini digər yazlıq əkinlər kimi mayın 31-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməlidir.

Subsidiyalar pambıqçıların “Fermer kartı”na köçürülür. “Fermer kartı”nın nağdsız hesabında olan məbləğ yalnız elektron qaydada gübrə, toxum, pestisid almaq üçün istifadə edilə bilər.

Qeyd edək ki, ötən il Azərbaycanda sahələrdən 336,5 min ton pambıq yığılaraq qəbul məntəqələrinə təhvil verilib. Pambıq üzrə orta məhsuldarlıq 2019-cu ildə 29,5 sentner, 2020-ci ildə 33,6 sentner təşkil edib. Bu, Azərbaycan pambıqçılıq tarixində qeydə alınmış ən yüksək orta məhsuldarlıq göstəricisilərindən biridir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31