SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada əmək pensiyaçılarının sosial müdafiəsi gücləndirilib

Muxtar respublikada əmək pensiyaçılarının  sosial müdafiəsi gücləndirilib
23-04-2021, 10:00

Muxtar respublikada əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlərdən biri də əmək pensiyası təyinatlarının aparılmasıdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2021-ci ilin I rübü ərzində 310-u yaşa görə, 28-i əlilliyə görə, 99-u ailə başçısını itirməyə görə olmaqla, ümumilikdə 437 nəfərə ilk dəfə əmək pensiyası təyin edilmişdir.  Sosial təminat sisteminin mühüm komponenti olan pensiyaların məbləğində artım 2021-ci ilin ilk rübündə də qeydə alınmışdır. Belə ki, muxtar respublikada əmək pensiyalarının orta aylıq məbləği 314 manata çatmışdır. Yaşa görə əmək pensiyalarının orta aylıq məbləği isə 335 manat olmuşdur.

Əmək pensiyalarının plastik bankomat kartları ilə ödənilməsi, həmçinin kənd yerlərində yaşayan pensiyaçıların istəklərinə uyğun olaraq pensiyalarını əlavə vaxt itirib rayon mərkəzlərinə getmədən kənd mərkəzlərindəki poçt bölmələrindən rahat şəkildə ala bilmələri üçün müvafiq tədbirlər görülmüşdür. Kənd yerlərində yaşayan əmək pensiyaçılarının müraciəti nəzərə alınmaqla, ümumilikdə aprel ayının əvvəlinə muxtar respublika üzrə 613 əmək pensiyaçının pensiyası poçt bölmələri vasitəsilə ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65 nəfər çoxdur.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsinin gəlirləri üzrə proqnoz tapşırıqlara artıqlaması ilə əməl olunması muxtar respublikada əmək pensiyalarının vaxtlı-vaxtında maliyyələşdirilməsinə imkan verir. Ümumilikdə 2021-ci ilin I rübü ərzində Fondun büdcəsinin xərclər istiqaməti üzrə pensiya ödənişinin maliyyələşdirilməsinə 46 milyon 810 min 868 manat vəsait yönəldilmişdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31