SON DƏQİQƏ

naxcivanxeberleri.com

Neftə olan təlabat 2026-cı ildə maksimum həddə çatacaq – PROQNOZ

Neftə olan təlabat 2026-cı ildə maksimum həddə çatacaq – PROQNOZ
22-04-2021, 15:30

Dünya üzrə elektromobillərə intensiv şəkildə keçid qlobal neft tələbatının pik həddə çatmasını sürətləndirəcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə “Rystad Energy” konsaltinq şirkətinin proqnozunda deyilir.

Belə ki, şirkətin ekspertləri 2026-cı ildə neft təlabatının pik həddə, yəni sutkada 101,6 milyon barelə çatacağını gözləyirlər.

Koronavirus pandemiyası başlamazdan əvvəl “Rystad Energy” ekspertləri neft təlabatının pik həddə 2030-cu ildə çatacağını və sutkada 106 milyon barel təşkil edəcəyini gözləyirdilər.

Bir qədər öncə “Goldman Sachs” investisiya bankı bildirib ki, nəqliyyat sektorunda neft istehlakı 2026-cı ildə ən yüksək səviyyəsinə çatacaq. Bankın analitikləri hesab edir ki, bu, elektromobillərin tətbiqinin sürətlənməsi səbəbindən baş verəcək.

Cari onillikdə ümumi neft istehlakı aviasiya kerosinindən istifadə və neft kimyası sayəsində artmağa davam edəcək, lakin 2025-ci ildən sonra artım zəif olacaq.

Bu arada Britaniyanın BP şirkəti neft təlabatının pikinin 2019-cu ildə geridə qaldığını, OPEC isə ən yüksək həddin 2040-cı ildə olacağını gözləyir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31