SON DƏQİQƏ

naxcivanxeberleri.com

Birjalarda "qara qızıl" ucuzlaşmağa davam edir

Birjalarda "qara qızıl" ucuzlaşmağa davam edir
22-04-2021, 13:40

Dünya bazarında neftin qiyməti bu gün səhər saatlarında azalmağa davam edib.

NAXCİVANXEBERLERİ.COM “Prime” agentliyinə istinadən xəbər verir ki, Şimal dənizində hasil edilən “Brent” neftinin iyun fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 08:34-də 0,46 faiz azalaraq 65,02 ABŞ dolları səviyyəsində qərarlaşıb.

WTI neftinin iyun fyuçersləri isə 0,47 faiz ucuzlaşaraq bir bareli 61,06 dollara satılıb.

Dünyanın ən böyük neft idxalçısı olan Hindistan və Yaponiyada koronavirus epidemiyasının davam etməsi neft qiymətlərini risk altına atır. Hindistanda gündəlik yoluxma sayı 250-300 min arasında dəyişir. Yaponiya hökuməti isə karantin məhdudiyyətlərini sərtləşdirməyi düşünür.

ABŞ energetika nazirliyinin neft ehtiyatları ilə bağlı çərşənbə günü dərc etdiyi statistika neft qiymətlərinin düşməsində təsir edən daha bir amildir. Belə ki, aprelin 16-na olan məlumata görə, ölkədəki neft ehtiyatları həftə ərzində gözlənilmədən 0,6 milyon barel artıb. Hərçənd analitiklər ehtiyatların 2,9 milyon barel azalacağını gözləyirdilər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31