SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avropada təbii qazın qiyməti artır

Avropada təbii qazın qiyməti artır
20-04-2021, 15:29

Avropada təbii qazın qiyməti son 3 ayın maksimum həddinə çatıb.

NAXCİVANXEBERLERİ.COM “Finmarket”ə istinadən xəbər verir ki, Hollandiyanın TTF onlayn satış mərkəzində təbii qaz 267 USD/1000 kubmetrədək bahalaşıb ki, bu da yanvarın 25-dən bu yana ən yüksək həddir. İlin əvvəlindən TTF-də “ertəsi gün” fyüçerslərinin orta qiyməti 234 USD/1000 kubmetr təşkil edib.

Bahalaşmanın amilləri arasında karbon tullantıları ödəmələrinin rekord həddə çatması, havaların normadan soyuq keçməsi, Asiya bazarında LNG-nin bahalaşması, yel enerji istehsalatının yetərincə inkişaf etməməsi göstərilir.

“Gas İnfrastructure Europe”a görə, Avropa yeraltı anbarlarına qaz vurulması davam edir. Bütövlükdə, regiondakı qaz ehtiyatlarının bərpası atıq bir ay yubanır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930