SON DƏQİQƏ

naxcivanxeberleri.com

SOCAR-ın prezidenti ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

SOCAR-ın prezidenti ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb
10-04-2019, 18:08

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Erl Litzenbergerlə görüşüb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, SOCAR prezidenti səfiri yeni təyinatı münasibəti ilə təbrik edib, şirkətin fəaliyyəti, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində rolu, Cənub Qaz dəhlizi layihəsinin gedişi haqqında məlumat verib.

Səfir Erl Litzenberqer Azərbaycanın ABŞ üçün etibarlı tərəfdaş olduğunu bildirərək, fəaliyyəti dövründə iki ölkə xalqları arasında dostluq münasibətlərinin inkişafına töhfə verməyə çalışacağını deyib. O, Azərbaycan və ABŞ arasında enerji sahəsində əlaqələrin gücləndirilməsinin özü üçün əsas prioritetlərdən biri hesab etdiyini vurğulayaraq, Azərbaycanın energetika sahəsində həyata keçirdiyi layihələrin bundan sonra da Amerika tərəfindən dəstəklənəcəyini söyləyib.


SOCAR-ın prezidenti ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb
SOCAR-ın prezidenti ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb
SOCAR-ın prezidenti ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb
SOCAR-ın prezidenti ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30