SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan polipropilen ixracından gəlirini 27 % artırıb

Azərbaycan polipropilen ixracından gəlirini 27 % artırıb
17-04-2021, 18:30

Bu ilin yanvar-mart aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 23 988 ton ilkin formalarda polipropilen ixrac edib.

NAXCİVANXEBERLERİ.COM-un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 26,791 milyon ABŞ dolları təşkil edib.

Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,672 milyon ABŞ dolları (26,8 %) çoxdur və 935 ton (3,8 %) azdır.

Ötən rüb polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 5,34 %, ümumi ixracda payı isə 0,65 % olub.

Polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31