SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ordubadda qiymətli metalların kəşfiyyatına Böyük Britaniya şirkəti 1,8 mln. dollar yönəldəcək

Ordubadda qiymətli metalların kəşfiyyatına Böyük Britaniya şirkəti 1,8 mln. dollar yönəldəcək
9-04-2019, 18:02

Azərbaycanda qiymətli metalların hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining” şirkəti Ordubad müqavilə ərazisində geoloji kəşfiyyat işləri üçün bu il 1,84 mln. dollar vəsait sərf etməyi planlaşdırır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, əlverişli geoloji quruluş Ordubad ərazisində çoxlu porfir mineralları olacağını göstərir.

Ərazidə 2018-ci ilin geoloji iş proqramı 5 504 səth nümunəsini əhatə edib və analizin nəticələrinin 2019-cu ilin II rübündə əldə olunması gözlənilir.

Qeyd edək ki, Ordubad müqavilə sahəsi 462 kvadrat kilometr ərazini əhatə edir.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur.

Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

Mənbə: Report

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930