SON DƏQİQƏ

naxcivanxeberleri.com

I rübdə Energetika Nazirliyinin Çağrı Mərkəzinə 548 müraciət daxil olub

I rübdə Energetika Nazirliyinin Çağrı Mərkəzinə 548 müraciət daxil olub
9-04-2019, 10:24

2019-cu ilin I rübündə Energetika Nazirliyinin Çağrı Mərkəzinə 548 müraciət daxil olub.

Nazirlikdən NAXCİVANXEBERELERİ.COM-a verilən məlumata görə, müraciətlər əsasən, elektrik enerjisi və qaz təchizatı məsələlərini əhatə edib. Bunların 153-ü enerji təchizatı, 200-ü qaz təchizatı, 9-u elektrik və qaz sayğaclarının quraşdırılması, 7-i istilik sisteminə qoşulma, 26-ı isə digər məsələlərlə bağlı olub. Daxil olan zənglərin 53-nü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür zəngləri təşkil edib.

Hesabat dövründə Çağrı Mərkəzinə Fövqəladə Hallar Nazirliyindən qaz sızması və dəm qazı ilə bağlı 100 zəng daxil olub ki, bu zənglər operativ şəkildə “Azəriqaz” İB-nin 104, 185 və 521-33-44 saylı qaynar xətt nömrələrinə ötürülərək yaranmış vəziyyətlə bağlı məlumat verilib.

Cağrı Mərkəzi vasitəsilə nazirliyə daxil olan bütün zəng və sorğular çevik şəkildə cavablandırılıb, araşdırma tələb edən şikayət və müraciətlər operativ şəkildə aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə yönləndirilib və aparılmış araşdırmaların nəticələri barədə müraciət edən şəxslərə cavab verilib.

Qeyd edək ki, vətəndaşlar Energetika Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun məsələlərlə bağlı nazirliyin (012) 598-16-55 “Qaynar Xətt” nömrəsinə və “974” qısa nömrəsinə zəng edərək Çağrı Mərkəzinin xidmətlərindən istifadə edə bilərlər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031