SON DƏQİQƏ

naxcivanxeberleri.com

SOCAR prezidenti Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye naziri ilə görüşüb

SOCAR prezidenti Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye naziri ilə görüşüb
8-04-2019, 20:50

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev aprelin 7-də Abu-Dabiyə işgüzar səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye naziri Süheyl Məhəmməd Fərəc əl-Məzrui ilə görüşüb.

NAXCİVANXEBERLERİ.COM-un şirkətə istinadən verdiyi xəbərə görə, görüşdə iki ölkə arasında enerji əməkdaşlığı imkanlarının genişləndirilməsi, BƏƏ-nin neft-qaz şirkətlərinin və “Mubadala” investisiya şirkətinin Azərbaycanda həyata keçirilən layihələrdə potensial iştirakı məsələləri müzakirə edilib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, eləcə də neft sənayesinin hasilat, daşıma və emal sahələri üzrə layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930