SON DƏQİQƏ

09:10 - DÇ: Bu gün Azərbaycanın son 4 güləşçisi mübarizəyə başlayacaq

00:06 - Günün qoroskopu

23:47 - Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazanıb

23:19 - Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

22:47 - Şahbuz Rayon Uşaq Musiqi Məktəbində dəyirmi masa keçirilib

22:30 - “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert keçirilib

22:08 - 349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək

21:46 - ABŞ kosmosa silah yerləşdirir

21:24 - Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib

21:09 - Dövlət başçısı: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"

20:59 - Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - YENİLƏNİB-3

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:13 - Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən bağlardan toplanan alma rayon ərazisindəki hərbi hissəyə təhvil verilib

19:51 - Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO

naxcivanxeberleri.com

Çikaqoda ilk İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib

Çikaqoda ilk İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
8-04-2019, 11:39

Aprelin 3-5-də ABŞ-ın aparıcı maliyyə və ticarət mərkəzlərindən biri olan Çikaqo şəhərində ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və İllinoys Ticarət Palatasının birgə təşkilatçılığı ilə ilk İllinoys-Azərbaycan Kənd təsərrüfatı Forumu keçirilib.

Forumda Azərbaycanın Kənd Təsərrüfatı Naziri başda olmaqla, Azərbaycanın ABŞ-dakı səfirliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), İllinoys ştatının Kənd Təsərrüfatı Departamenti və ABŞ və Azərbaycanın qabaqcıl şirkətlərin nümayəndələri iştirak edib. Tədbirdə həmçinin Kapital Bank-ın bankın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə və İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq qatılıb.

Forumun əsas məqsədi kənd təsərrüfatı sahəsində tərəflər arası əməkdaşlığın qurulması, Azərbaycanın və ABŞ-ın aparıcı ştatlarından biri olan İllinoyis ştatının kənd təsərrüfatı müəssisələrinin nümayəndələrini bir araya gətirmək, məhsuldarlığın artırılması üsulları, Amerika istehsalı texnologiyaları və həmçinin kənd təsərrüfatının müxtəlif sahələrində istifadə olunan yeni metodlar ilə tanış etməkdir.

Kapital Bank-ın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə bildirib: "İlk İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumu ABŞ-Azərbaycan Ticarət Palatasının proqramı çərçivəsində keçirilib və ABŞ ştatları ilə Azərbaycan arasında ticarət-biznes münasibətlərinin genişləndirilməsi üçün mühüm bir tədbirdir. Kapital Bank sahibkarlığın və xüsusilə də kənd təsərrüfatının inkişafına və maliyyələşməsinə hər zaman dəstək olub. Xarici həmkarların təcrübəsi ilə tanış olmaq Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafı üçün yeni addımların atılmasına imkan yaradacaq”.

Proqram çərçivəsində həmçinin Azərbaycan şirkətlərinin nümayəndələri tərəfindən İllinoys ştatının aparıcı istehsalat müəssisələrinin, fermer təsərrüfatlarının və elmi-tədqiqat mərkəzlərinin, eləcə də gübrə və protein istehsalı sahələrinin ziyarəti keçirilib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30