SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avropada qaz yenə bahalaşdı

Avropada qaz yenə bahalaşdı
1-04-2021, 15:52

Avropada yeraltı anbarlara qaz vurulması mövsümünün başladığı bir vaxtda qazın qiymətləri son 7 həftənin ən yüksək həddinə çatıb.

NAXCİVANXEBERLERİ.COM “İnterfax”a istinadən xəbər verir ki, Niderlandda yerləşən TTF onlayn qaz satışı mərkəzində qazın qiyməti 233 USD/1000 kubmetrə çatıb.

Qeyd edək ki, “ertəsi gün” fyuçersinin orta qiyməti mart ayında 218 ABŞ dolları, fevralda 219 ABŞ dolları, yanvarda isə 257 ABŞ dolları olub.

Ötən həftənin sonunda Avropada yeraltı anbarlardan qaz istifadəsi mövsümündə 69 milyard kubmetr kimi rekord həddə qaz işlədilib. Bu da əvvəlki mövsümə nisbətən 24 milyard kubmetr çoxdur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930