SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın təbii qaz ixracı artıb

Azərbaycanın təbii qaz ixracı artıb
18-03-2021, 13:10

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycan 3,318 milyard kubmetrdən çox təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 dəfə çoxdur.

NAXCİVANXEBERLERİ.COM bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, yanvar-fevral aylarında ixrac olunan təbii qazın ümumi məbləği 357,692 milyon dollara yaxın olub.

Hesabat dövründə təbii qaz ixracı ölkənin ümumi ixracının 12,83 faizini təşkil edib.

Qeyd edək ki, 2020-ci il ərzində Azərbaycan təxminən 2,19 milyard dollar məbləğində 12,424 milyard kubmetr qaz ixrac etmişdi.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930