SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan polietilen ixracından gəlirini 76% artırıb

Azərbaycan polietilen ixracından gəlirini 76% artırıb
17-03-2021, 14:30

Bu ilin yanvar-fevral aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 24 371 ton ilkin formalarda polietilen ixrac edib.

NAXCİVANXEBERLERİ.COM-un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 23,616 milyon ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5 193 ton (27,07 %) az və 10,201 milyon ABŞ dolları (76 %) çoxdur.

Ötən iki ay ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 7,1 %, ilkin formalarda polietilenin ixracda payı 0,85 % olub.

Azərbaycanda aşağı və yüksək sıxlıqlı polietilen istehsal edilir. Aşağı sıxlıqlı polietilen Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda, yüksək sıxlıqlı polietilen isə “SOCAR Polymer” MMC-nin ötən ilin fevralında istismara verilmiş eyni adlı zavodunda istehsal edilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930