SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu il Azərbaycanın ixrac etdiyi təbii qazın həcmləri açıqlanıb

Bu il Azərbaycanın ixrac etdiyi təbii qazın həcmləri açıqlanıb
17-03-2021, 10:50

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 3 mlrd 318 mln 506,3 min kubmetr təbii qaz ixrac edib.

Bu barədə NAXCİVANXEBERLERİ.COM Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən iki ay ərzində ixrac edilən təbii qazın ümumi dəyəri 357 mln 692,34 min ABŞ dolları təşkil edib.

Bu həcmlərin 2 mlrd 062 mln 810,13 min kubmetri Türkiyəyə, 1 mlrd 244 mln 846,58 min kubmetri Gürcüstana ixrac edilib.

Bundan başqa, ötən iki ayda İtaliyaya 10 mln 794,1 min kubmetr, Bolqarıstana isə 55,49 min kubmetr təbii qaz ixrac edilib.

Türkiyəyə yanvar-fevral aylarında ixrac edilən təbii qazın ümumi dəyəri 180 mln 041,35 min ABŞ dolları, Gürcüstana 175 mln 501,85 min ABŞ dolları təşkil edib. Həmçinin, bu il İtaliyaya 1 mln 949,05 min ABŞ dolları, Bolqarıstana isə 200,08 min ABŞ dolları dəyərində təbii qaz ixrac edilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Temmuz 2022    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031