SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avropada qaz xeyli bahalaşdı

Avropada qaz xeyli bahalaşdı
15-03-2021, 17:19

Avropanın başlıca qaz satış mərkəzi olan Niderlandın TTF rəqəmsal satış mərkəzində qazın martın 15-də çatdırılması üzrə min kubmetr üçün qiyməti 229 ABŞ dollara yüksəlib.

NAXCİVANXEBERLERİ.COM “İnterfax”a istinadən xəbər verir ki, Avropada qaz son bir həftə ərzində 11 %, ayın əvvəlindən isə 16 % bahalaşıb.

2021-ci ildə TTF-də "bir gün sonra"üzrə müqavilənin orta qiyməti 234 ABŞ dolları təşkil edib.

Təbii qazın bahalaşması karbon qazı tullantılarına icazələrin bahalaşması ilə həmahəng gedir. Belə ki, karbon qazı tullantılarının daha məsrəfli olması ilə yanacaq olaraq ekoloji cəhətdən təmiz olan qaza tələbat da artır. Həmçinin bu həftə Norveçin “Aasta Hansteen” və “Gullfaks” yataqlarından Avropaya qaz tədarükü də azalır.

Bütün bunlar fonunda martın 14-də Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının həcmi 32,56 %-dək enib ki, bu da son 5 ilin orta səviyyəsindən 4,9 % azdır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930